Lerikdə AĞIR QƏZA – Ölən və yaralananlar var

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Məlumata görə, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

İlkin məlumata əsasən, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.//Report

Comments are closed.

Tərcümə »