Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV Böyük Britaniyanın sanksiya məsələləri üzrə naziri Stiven Dotiyə istinadən xəbər verir.

Məlumata görə, Rusiyaya Ukraynada cəbhə xəttində pilotsuz uçuş aparatlarını idarə etmək üçün istifadə olunan oyun konsollarının kontrollerlərinin ixracı qadağan edilib.

Bu gün səhər elan edilən və Rusiyaya qarşı 150 yeni ticarət sanksiyasını əhatə edən yeni tədbirlər paketində Britaniya həmçinin yeni neft-qaz quyularının axtarışı və işlənməsinə imkan verən proqram təminatı da daxil olmaqla, digər texnologiyaların ölkəyə girişini bağlayıb.

Bildirilib ki, yeni tədbirlər dərhal qüvvəyə minir və bu, Britaniya hökumətinin maliyyə sanksiyalarından daha çox ticarət sanksiyalarına böyük diqqət yetirdiyini əks etdirir.

Comments are closed.

Tərcümə »