Binəqədi rayonu ərazisində yerləşən tikinti şirkətlərinin birindən 476 manat dəyərində 3 ədəd mühərrik oğurlanıb.
İctimai Rəy xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov saxlanılıb.
Sabunçu rayonu ərazisində isə evlərin birindən oğurluğa cəhd göstərən əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Məmmədov da saxlanılıb.
Araşdırma aparılır.
Comments are closed.