Rusiya və Çin Yaponiya ilə müharibə haqqında film çəkəcək

Rusiya və Çin 1937-1945-ci illər Çin-Yapon müharibəsində sovet pilotlarının iştirakına həsr olunmuş “Müttəfiqlər” adlı birgə bədii film çəkəcəklər. Layihə Moskva Beynəlxalq Film Festivalı çərçivəsində təqdim olunub.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, filmin rejissorluğunu aktyor Ceki Çanla işbirliyi ilə tanınan çinli rejissor Dinq Şenq edəcək. İstehsalı Rusiyanın “Qazprom-Media” şirkəti və Çinin “Xicheng Media” şirkəti həyata keçirəcək. Filmin ideyası yazıçı Sergey Minayevə məxsusdur.

Layihənin büdcəsi təxminən 22 milyon dollar olacaq. Premyera 2026-cı ilin sonuna planlaşdırılır.

Comments are closed.

Tərcümə »