İstanbul hava limanı Avropada ilkə imza atıb.
Oxu.Az xəbər verir ki, hava limanı Avropada eyni anda üç uçuş-eniş zolağında paralel əməliyyatlar həyata keçirən ilk hava limanı olub.
17 aprel Bakı vaxtı ilə saat 12:20-də üç təyyarə hava limanından eyni anda qalxıb.
20 aprel saat 18:30-da isə Stokholm, Antalya və Parisdən gələn üç təyyarə İstanbul hava limanında eyni anda eniş edib.
Comments are closed.