Göygöldə avtomobil arakəsməyə çırpılıb, ölən və yaralı var

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kənd ərazisində qeydə alınıb.

Avtomobilin yol kənarındakı dəmir arakəsməyə çırpılması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Comments are closed.

Tərcümə »