Ermənistanda məhbus özünü asıb

İrəvanın “Nubaraşen” həbsxanasında məhbus özünü asıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Ədliyyə Nazirliyinin Cinayət-icra xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün səhər baş verib, intihar edən məhbusun 52 yaşı olub.

Hadisə yerinə gələn tibbi personal onun ölümünü təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.

Comments are closed.

Tərcümə »