Almaniya XİN-də daxili qalmaqal: Berbokun BMT-yə namizədliyi planları poza bilər

Almaniya Xarici İşlər Nazirliyində gərginlik artmaqdadır. Səbəb – hazırkı XİN rəhbəri Annalena Berbokun BMT Baş Assambleyasına sədrliyə namizəd göstərilməsidir.

Musavat.com xəbər verir ki, “Spiegel” nəşri diplomatik mənbələrə istinadla yazır: Nazirlikdə bir çoxları Berbokun bu addımını mənfi qarşılayıb. Çünki daha öncə bu posta yüksəkçinli diplomat Helqa Şmidtin namizədliyi razılaşdırılmış hesab olunurdu.

Mənbələrin bildirdiyinə görə, Almaniya uzun müddətdir ki, 2027-ci ildən etibarən BMT Təhlükəsizlik Şurasında ikiillik üzvlük üçün hazırlıq aparır. Lakin Berbokun Baş Assambleyaya keçidi bu planlara kölgə sala və Berlinin diplomatik strategiyasına zərbə vura bilər.

Rəsmi açıqlama verilməsə də, Alman diplomatiyasında daxili narazılığın artdığı və Berbokun bu addımının “təkbaşına qərar” kimi qiymətləndirildiyi qeyd olunur.

Comments are closed.

Tərcümə »