UNESCO erməni vandalları tərəfindən işğal dövründə yüzlərlə mədəni-maarif müəssisələri dağıdılaraq talan edilməsinə göz yumur

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünya ictimaiyyətinin diqqətini Birinci Qarabağ Müharibəsi zamanı Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri qəddarcasına məhv etməsinə yönəltmək baxımından olduqca əhəmiyyətlidir.

Erməni vandalları tərəfindən işğal dövründə 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri dağıdılaraq talan edilib.

UNESCO isə bütün bunlara göz yummağa davam edir. Bu təşkilatın ermənipərəst mövqe tutması erməni vandalizmini qınaq hədəfinə çevirməyə imkan vermir.

Ona görə də 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün nə üçün təsis edildiyini ilk növbədə UNESCO-nun özünə və digər beynəlxalq qurumlara xatırlatmaq lazımdır. UNESCO özünün struktur bölməsi olan Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə təsis olunan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə hörmətlə yanaşmalı və öz missiyasına uyğun olaraq Ermənistan tərəfindən 30 illik işğal dövründə Azərbaycanın tarixi abidələrinə, muzeylərinə qarşı yol verilmiş barbarlığın izlərini araşdırmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »