Prezident: Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb
Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb.
İctimai Rəy xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanda etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb:
“Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir”.
Comments are closed.