Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı verib.
İctimai Rəy xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Çavuşoğlu.
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!”
Comments are closed.