ürcüstan sülhün və münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarıdır.
İctimai Rəy xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
O qeyd edib ki, Cənubi Qafqaza regionun beynəlxalq miqyasda təsirini gücləndirmək üçün sülh lazımdır.
“Regionun tam potensialı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra üzə çıxa bilər. Yenə də ölkəmin dialoq və diplomatiya tərəfdarı olduğunu təsdiqləyirəm”, – Gürcüstan Prezidenti vurğulayıb.
Comments are closed.