Şəmkirdə iki ədəd əl qumbarası aşkar edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhəri ərazisində su arxının kənarında 2 ədəd “F-1” əl qumbarası tapılıb.
Polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib və əl qumbaraları götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed.