Peskov: İstanbuldakı Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Ukrayna məsələsi müzakirə olunmur

İstanbulda keçirilən Rusiya-ABŞ məsləhətləşmələrində Ukrayna nizamlanması müzakirə olunmur. Danışıqlar ikitərəfli münasibətlərin normallaşması barədədir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, Xarici İşlər Nazirliyi və Dövlət Departamenti xətti ilə yalnız ikitərəfli münasibətlərin nizamlanması və normallaşması məsələləri üzrə danışıqlardır. Ukrayna nizamlanması mövzusu bu danışıqlarda müzakirə olunmur”, – o qeyd edib.

Comments are closed.

Tərcümə »