Tramp: ABŞ Qəzzada döyüşlərin dayandırılmasını istəyir

“ABŞ Qəzza zolağında döyüşlərin dayandırılmasını istəyir və bunun tezliklə baş verə biləcəyinə inanır.”

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

“Mən Qəzzada müharibənin dayandırılmasını istəyirəm və düşünürəm ki, nə vaxtsa o, dayanacaq. Bu, çox da uzaq olmayan gələcəkdə baş verəcək”, – o bildirib.

Comments are closed.

Tərcümə »