ABŞ prezidenti Donald Tramp administrasiyasının “təxminən” 1 trilyon dollar həcmində müdafiə büdcəsi hazırladığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz təxminən 1 trilyon dollar həcmində büdcəni təsdiqlədik. Bunu daha əvvəl heç kim görməyib. Biz güclü olmalıyıq, ətrafımızda çoxlu pis qüvvələr var. Buna görə də büdcəni təsdiqləyəcəyik və qürurla deyə bilərəm ki, bu, hərbi qüvvələrə ayırdığımız ən böyük büdcə olacaq”, – deyə Tramp Ağ Evdə Benyamin Netanyahu ilə keçirdiyi görüşdə bildirib.
Amerika prezidenti bunu Yəməndə husi üsyançılarına qarşı əməliyyatı müzakirə edərkən deyib.
Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset görüşdə iştirak etsə də, prezidentin yeni büdcə ilə bağlı sözlərini dərhal şərh etməyib.
Daha sonra o, “X” sosial şəbəkəsində paylaşım edərək yazıb: “Tezlikdə: Müdafiə Nazirliyinin ilk trilyon dollarlıq büdcəsi. Prezident Tramp silahlı qüvvələrimizi bərpa edir və bunu sürətlə həyata keçirir”.
Amerika mətbuatının qeyd etdiyi kimi, Trampın və Heqsetin müdafiə büdcəsi ilə bağlı şərhləri gözlənilməz olub, çünki büdcə layihəsinin ən yaxşı halda mayın sonlarına doğru təqdim edilməsi gözlənilirdi.
Qeyd edək ki, 2024-cü il üçün müdafiə büdcəsi isə 841 milyard dollar olub.
Comments are closed.