Premyer Liqanın 29-cu turu çərçivəsində «Zirə» ilə keçirilən oyunda zədələnən Kadi Borgesin durumuna bu gün aydınlıq gələcək.
Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun bildirdiyinə görə, braziliyalı yarımmüdafiəçinin müalicə prosesi artıq başa çatıb:
«Onun ayağında şiş əmələ gəlib. Hələlik o şiş çəkilməyib.
Bu gün bir daha müayinə olunacaq. Həkimlərin dediyinə görə, zədə o qədər də ciddiyə oxşamır.
Hər halda onlar futbolçunun MRT olunmasına ehtiyac görmür. Bu gün komandaya istirahət verilib. Ehtimal edirik ki, Kadi növbəti oyunadək sıraya dönəcək».
Cənubi amerikalı legioner «Zirə» ilə matça damğa vurub. İlk hissədə komandasına qəələbə gətirən (1:0) qolu vuran vinger 53-cü dəqiqədə xəsarət alıb.
Qurban Qurbanov «sambaçı»nı Aleksey Kaşukla əvəzləyib.
Comments are closed.