Qarabağ Universitetində birinci kursda 1100-dən çox tələbə təhsil alır və 200 əməkdaş çalışır.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 8-də ali təhsil müəssisəsində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ Universitetinin əsas missiyası təhsil, tədqiqat və innovasiya mərkəzi yaratmaqdır:
“Burada olan hər kəs bu məqsəd uğrunda çalışır. Biz dostlarımızdan böyük diqqət və dövlət başçısının birbaşa dəstəyini görürük. Bu da bizə tələbələrimizi çox qısa zamanda qarşılamaq imkanı verdi. Biz ilk ilə yaxşı göstəricilərlə başladıq, çünki çox yaxşı ideya ilə yola çıxmışdıq. Hazırda ali məktəbdə birinci kursda təxminən 1100-dən çox tələbə var. Burada təxminən 200 əməkdaş çalışır”.
Ş.Bayramov bildirib ki, Qarabağ Universitetində hazırda üç əsas fakültə mövcuddur:
“2026-cı ildə kənd təsərrüfatı fakültəsini açmağı planlaşdırırıq. Həmin il həmçinin Xankəndidə İncəsənət və Turizm fakültələrinin də açılması nəzərdə tutulur”.//Report
Comments are closed.