Qərbi Azərbaycan İcması Avropa Şurasının ali komissarını ikili standartlar siyasətinin girovu olmamağa çağırıb
vropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin “Avropa Şurası Parlament Assambleyası” adlanan qurumda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən tam xəbərsiz olduğunu göstərir.
İctimai Rəy xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilib: “Ali komissarın ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunub Qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışından bəhs etməməsi qəbuledilməzdir. Biz ali komissarı insan hüquqlarına münasibətdə bir sıra Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq.
Bundan əlavə, ali komissar, hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gün törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, “Azərbaycanlıları qovmaqla 600 illik tarixi məqsədə nail olduq”, – deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşı xüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir”.
Comments are closed.