Rusiyada fəaliyyət göstərən azərbaycanlı akademik Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.
İctimai Rəy xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla M.Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olan alimin bu gün 70 yaşı tamam olur.
Comments are closed.