Antalya Diplomatiya Forumunda Azərbaycanı onlar təmsil edəcək – SİYAHI

Məlum olduğu kimi, 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində ənənəvi Antalya Diplomatiya Forumu keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək budəfəki Forum “Bölünmüş dünyada diplomatiyanın bərpası” mövzusuna həsr olunub.

Azərbaycan nümayəndə heyətinə Prezident İlham Əliyev rəhbərlik edəcək.

Musavat.com Forumun rəsmi saytında yer alan məlumata əsasən xəbər verir ki, nümayəndə heyətinə aşağıdakı rəsmi şəxslər daxildir:

Birinci vitse-prezident Mehriban Əliyeva

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev

Xarici işlər naziri Ceyhun Bayramov

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev

Müdafiə naziri Zakir Həsənov

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

Millət vəkilləri Əhliman Əmiraslanov, Əziz Ələkbərov, Nigar Arpadarai, Ramil Həsən, Səməd Seyidov

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan KİV rəhbərlərindən bəzilərini də Forumun işini müşahidə etmək üçün dəvət edib.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu diplomatiyanın kursu necə dəyişdirə biləcəyini araşdırmaq və bölünmüş dünyada kollektiv fəaliyyət üçün ümumi zəmin tapmaq üçün qlobal liderləri, siyasətçiləri, alimləri, biznes ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Forum getdikcə qütbləşən mühitdə diplomatiyanın rolunu və əsas prinsiplərini yenidən müəyyən etmək üçün dialoqa ilham vermək məqsədi daşıyır.

Comments are closed.

Tərcümə »