“Ölkə prezidenti Donald Tramp tərəfindən tətbiq olunan tariflər “bir neçə gün və həftə ərzində” qüvvədə olacaq”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik “CBS News” telekanalına verdiyi müsahibədə bildirib:
“Bu, təxirə salına bilməz. Onlar mütləq bir neçə gün və həftə ərzində qüvvəyə minəcək”, – deyə Latnik bildirib.
O həmçinin bildirib ki, Trampın tariflərindən təsirlənmiş, əsasən pinqvinlərin yaşadığı Herdd və Makdonald kimi bəzi səhralıq (yaşayışsız) adalar da siyahıya daxil edilib ki, başqa ölkələr bu ərazilərdən bir boşluq (hiylə) kimi istifadə edə bilməsinlər.
“Əgər siz siyahıdan nəyisə çıxarsanız, ABŞ-a dolayı yolla təsir göstərmək istəyən ölkələr həmin yerlərdən vasitə kimi istifadə edəcəklər”,-deyə o qeyd edib.
Comments are closed.