Qarabağdan köçmüş ermənilər İrəvanı qarışdırmağa hazırlaşır

Martın 29-da Azadlıq meydanında bir neçə tələb irəli sürmək üçün aksiya keçirəcəklər

Martın 29-da Qarabağdan könüllü olaraq köçmüş ermənilər İrəvanın Azadlıq meydanında genişmiqyaslı mitinq keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzetin yazdığına görə, ermənilər aksiyada “sosial məsələlərlə yanaşı, Qarabağa qayıtmaq, eləcə də Bakıda mühakimə olunan erməni separatçılarının “azad etmək yolları” kimi məsələləri gündəmə gətirməyi planlaşdırırlar.

Nəşr qeyd edir ki, artıq Qarabağdan köçmüş ermənilərin ictimai təşkilatlarının, ayrı-ayrı qüvvələrin nümayəndələrinin daxil olduğu xüsusi şura da yaradılıb. Bildirilir ki, həmin şura mitinqin ssenarisini və tələblərini müzakirə edirlər.

IMG_5719.jpeg (165 KB)

“Hraparak” qəzeti iddia edir ki, aksiya nədənsə, rəsmi İrəvanda narahatlıq yaradıb. “Baş nazir Nikol Paşinyanın mitinqdən əvvəl təhlükəsizlik qüvvələrinə ermənilərə qarşı cinayət işləri açmaq, “artsax sakinlərinə qarşı cinayət təqibi ilə başqalarını qorxutmaq” barədə əmr verəcəyi gözləmilir. “Hraparak” iddia edir ki, bu cür məlumatlara baxmayaraq, “məcburi köçkünlərin aksiya keçirməsinin qarşısını almsaq mümkün olmayacaq”.

Bundan əvvəl də belə məlumat yayılmışdı ki, vaxtilə Qarabağda yaşamış ermənilər Ermənistan hakimiyyətindən yardım proqramını artırmağa və onlara mənzillə təmin etmək tələbi ilə geniş mitinqlər keçirmək niyyətindədirlər.

Bu günlərdə Rusiya Erməniləri İttifaqının Krasnodar vilayətində köçmüş erməni ailələri ilə görüş keçirilib. Bəlli olub ki, təkcə Krasnodar vilayətində “Erməni Kəndlərinin İnkişafı Fondu”nun proqramları çərçivəsində Qarabağdan gəlmiş ermənilərə 10 milyon ABŞ dollarına yaxın yardım edilib. Kuban erməni icmasının rəhbəri Artsax Respublikasının təhlükəsizliyinin möhkəmləndirilməsində Rusiyadakı erməni sahibkarların iştirakının vacibliyini vurğulayıb. O da bəlli olub ki, Qarabağdan köçmüş minlərlə erməni Ermənistana deyil, “sabitlik axtarışına görə ölkə hüdudlarından kənara çıxıb. Onların bir çoxu Kuban erməni icmasının dəstəyinə ümid edərək Krasnodar diyarına gedib.

“Qarabağdan köçənlərin böyük əksəriyyəti ölkəni tərk edə bilər”. Erməni hüquqşünas Rafael Martirosyan belə deyib. O bildirib ki, buna səbəb hökumətin onların sosial vəziyyəti ilə bağlı proqramlarını dayandırmasıdır. Eyni zamanda, Qarabağdan könüllü köçən ermənilərin işsizlik problemidir. “Onlar həm işsizdirlər, həm də hökumətin ayırdığı sosial yardımlar kəsilmək üzrədir. Bu səbəbdən də dolanışıqları üçün Ermənistanı tərk etməli olacaqlar”.

Comments are closed.

Tərcümə »