“Liverpul”un ulduzu Arda Gülerə İLİŞDİ – FOTO

Dünən keçirilən Millətlər Liqası matçında Türkiyə yığması səfərdə Macarıstanı 3:0 hesabıyla məğlub edib.

Görüş zamanı Arda Gülerlə “Liverpul”un futbolçusu Dominik Soboslai arasında qısa bir gərginlik yaranıb. Lakin bu, matçdan sonra da davam edib.

Macarıstanlı futbolçu ikisinin şəklini paylaşan bir instaqram səhifəsinə 1088 dəqiqə yazıb. Bu rəqəm Ardanın bu mövsüm “Real” forması ilə meydanda olduğu dəqiqələri göstərir. /Offsideplus.az

Comments are closed.

Tərcümə »