Fransada Novruz Bayramı Təntənəli Şəkildə Qeyd Olunub

Fransanın Mayenne şəhərində Azərbaycan Mədəniyyət Assosiasiyasının (Association Culturel d’Azerbaijan en Mayenne – ACAM) təşkilatçılığı ilə Novruz bayramı münasibətilə möhtəşəm tədbir keçirilib. Assosiasiyanın rəhbəri Mirzə Məmmədov, bu bayramın üçüncü dəfə geniş şəkildə qeyd olunmasını Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin tanıdılması istiqamətində mühüm addım kimi dəyərləndirib.

Tədbirdə Ukrayna Assosiasiyası, eləcə də Türkiyə, Suriya, İraq, Əfqanıstan, Tunis, Dağıstan və Qazaxıstandan olan nümayəndələr iştirak ediblər. Bayram şənliyində müxtəlif xalqların musiqi və rəqs nümunələri təqdim olunub, milli mətbəxlərdən dadlı təamlar qonaqlara təqdim edilib.

Mirzə Məmmədov çıxışında vurğulayıb ki, bu cür tədbirlər xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə və dostluq münasibətlərinin güclənməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və hər il 21 mart tarixi dünyada təbiətin oyanışı günü kimi qeyd olunur.

Tədbir böyük coşqu ilə davam edib və iştirakçılar Novruzun əsl bayram ruhunu yaşayıblar.

Comments are closed.

Tərcümə »