Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul Təşkilatının iftar proqramında çıxış edərək bir sıra mühüm açıqlamalar verib.
Musavat.com-un məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun məhkəməsi ilə əlaqədar Ərdoğan bir sıra açıqlamalar verib:
“Bizim bələdiyyələr korrupsiyaya dəstək verməyəcək. Bələdiyyələrimiz haqsızlığa dözməyəcək. Bələdiyyələrimiz nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək”.
“Müxalifət nə etsə də, biz heç vaxt sağlam düşüncədən, səbrdən, sakitlikdən əl çəkməyəcəyik. 4 gün ərzində onlar xalqın rahatlığını pozmaq və millətimizi parçalamaq üçün əlindən gələni etdilər. Polisimizə hücumlardan, məhkəmə orqanlarımızı hədələməkdən, küçə terroru ilə milli iradəni sındırmağa qədər hər şeyi etdilər. Media ilə təhdid edərək, öz ruh halını nümayiş etdirirlər”, – deyə Ərdoğan əlavə edib.
O, Cümhuriyyət Xalq Partiyasının bir dəstə oğru üçün pul yuyan maşına çevrildiyini bildirib.
Musavat.com “Haber Global” kanalına istinadla görüntüləri təqdim edir.
Comments are closed.