Pakistan səfiri Azərbaycana başsağlığı verdi

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

İctimai Rəy xəbər verir ki, bu barədə səfir X sosial hesabında yazıb:

“Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir”.

Comments are closed.

Tərcümə »