Son illərdə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə radar və müşahidə kameralarının sayı xeyli artıb.
Radarların və kameraların geniş şəkildə tətbiqi yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq, sürət həddinə nəzarət etmək və ümumi təhlükəsizliyi təmin etmək üçün mühüm rol oynayır.
Bu texnoloji yeniliklər sürücülərin qaydalara riayət etməsinə nə dərəcədə təsir edir?
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə bildirib ki, müşahidələr göstərir ki, yol hərəkəti təhlükəsiziliyinin təmin edilməsi tədbirləri çərçivəsində elektron nəzarət sistemlərinin tətbiqi sürücü intizamına müsbət təsir edib:
“Bu tendensiya xüsusilə sürət həddinə əməl olunması, təhlükəsizlik kəmərindən istifadə, yolayrıcını keçmə qaydalarına riayət olunması kimi xarakterik halar üzrə özünü daha qabarıq göstərir.
Bu, həm də yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin azalmasına bilavasitə təsir edən mühüm amillərdən biridir”.
Comments are closed.