Pekində Çin, Rusiya və İran arasında İranın nüvə problemi ilə bağlı müzakirələr başlayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Ma Çjaosyuya sədrliyi ilə keçirilən müzakirələrdə Rusiya tərəfini xarici işlər nazirinin müavini Sergey Ryabkov, Tehranı xarici işlər nazirinin müavini Kazem Haribabadi təmsil edir.
Nüvə problemindən əlavə, tərəflərin İrana qarşı Qərb sanksiyalarının ləğvi yollarını, Tehran, Moskva və Pekin arasında BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.
Martın 7-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib. İran lideri Amerika liderinin bəyanatını şərh edərkən qeyd edib ki, Tehran ABŞ-la danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.
Comments are closed.