Abşeronda 2 nəfərdən narkotik vasitə aşkar edildi

Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən A.Məmmədxanov və F.Ağayev müəyyən olunaraq saxlanılıblar.

Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Comments are closed.

Tərcümə »