Polşa Ukrayna üçün ABŞ-nin “Space X” şirkətinin əlavə 5 min ədəd “Starlink” peyk rabitə terminalını alacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski “Radio Zet” radiostansiyasının efirində bildirib.
“Biz daha 5 min ədəd “Starlink” terminalının alınması prosesindəyik”, – o qeyd edib.
Nazirin sözlərinə görə, Varşava artıq 30 minə yaxın terminal tədarük edib. Onlara xidmət xərcləri Polşaya ildə 200 milyon dollara başa gəlir.
Comments are closed.