ABŞ rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna rəsmiləri ilə deyil, həm də Rusiya nümayəndələri ilə görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı CNN məlumatlı mənbəyə istinadən yayıb: “Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda görüşəcəklər”.
Mənbələr danışıqlarda konkret kimin iştirak edəcəyini açıqlamayıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərə Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək və Rusiyanı da narahat edəcək mühüm görüşlər barədə danışıb: “Düşünürəm ki, biz bu həftə əhəmiyyətli irəliləyiş əldə edəcəyik”.
Bundan əvvəl Axios-un müxbiri Barak Ravid bildirmişdi ki, ABŞ və Ukrayna nümayəndə heyətləri gələn həftə keçiriləcək görüşdə Rusiya və Ukrayna arasında atəşkəs elan edilməsi imkanını müzakirə edəcəklər. Bildirilir ki, görüş çərşənbə günü, martın 12-də Ciddə şəhərində baş tutacaq.
İclasda iştirakı planlaşdırılan ABŞ rəsmiləri arasında ABŞ dövlət katibi Marko Rubio da var.
Comments are closed.