ABŞ prezidenti Donald Tramp və milyarder Elon Mask Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt mövqe sərgiləyiblər.
Musavat.com xəbər verir ki, Tramp, Zelenski ilə sonuncu gərgin dialoqundan sonra, Ukraynada sülhə qarşı çıxan hər kəsin uzun müddət mövqeyini qoruya bilməyəcəyini bildirib. “Ukraynada sülhün əleyhinə çıxan hər bir kəs çox qalmayacaq”, – deyə o vurğulayıb.
Musavat.com bildirir ki, eyni zamanda, Elon Mask da Zelenskiyə qarşı sərt tənqidlər səsləndirib. O, Ukrayna prezidentini “əbədi müharibə və sonsuz korrupsiya maşını” yaratmaqda günahlandırıb. “Zelenski – sonsuz müharibə və korrupsiya istəyən şər qüvvədir”, – deyə Mask qeyd edib.
Bu açıqlamalar ABŞ -da Zelenskiyə dəstəyin zəifləməsi və ABŞ-ın Ukrayna siyasətində ciddi dəyişikliklərə gedə biləcəyi ilə bağlı ehtimalları gücləndirib.
Mənbə: Trampın və Maskın açıqlamaları
Comments are closed.