Müğənnilərin “məişət şousu”– Gündəmdə qalmaq üçün görün nə edirlər? + VİDEO

Əməkdar artist Elnarə Abdullayeva “Rəngarəng” verilişində qayınanasına olan münasibətindən danışaraq onun ayaqlarını belə yumağa hazır olduğunu bildirib. Müğənni bu açıqlaması ilə ailə dəyərlərinə önəm verdiyini vurğulasa da, sosial mediada ciddi tənqidlərə tuş gəlib.

Elnarə Abdullayeva “İmanlı, vicdanlı, təqvalı insandırsa, qayınana xəstələnəndə gəlib bir stəkan çay verəcək, ya da əl-ayağını yuyacaq. Mənim də qayınanam var. And olsun Allaha ki, onun ayağını da, başını da yuyaram, üz-gözündən öpərəm. Niyə yumuram?! Onun mənim əl-ayaq yumağıma ehtiyacı yoxdu. Amma and olsun Allaha ki, mən onu ovcumun içində saxlayaram. Bu, mənim övladıma da aiddir. Gəlinim isə özü bilər”- fikirlərini səsləndirib.

Bu, son dövrlər efirlərdə bənzər açıqlamalar verən sənətçilərin tənqid olunmasına yeni dalğa gətirib. Bundan əvvəl müğənni Ofelya Şabanova da həyat yoldaşı üçün “Yoldaşımın ayağının, ayaqqabısının tozuna qurban olaram. Qadın yoldaşının ayağını yuyar da. Hər gün corablarını özüm geyindirib işə yola salıram” demişdi. Onların bu pafoslu çıxışları sosial şəbəkə istifadəçiləri tərəfindən “məişət şousu” adlandırılır və qeyri-səmimi qəbul edilir.

İzləyicilər bildirirlər ki, sənət adamlarının şəxsi münasibətlərini bu cür nümayiş etdirməsi, xüsusilə də mütilik tərənnümü etməsi, nümunə olmaqdan çox, ikrah hissi yaradır.

İzləyicilərin əksəriyyəti bu tip açıqlamaları nümunə olmaqdan çox sadəcə gündəmdə qalmaq üçün atılmış addım kimi qiymətləndirirlər./Yenisabah.az

Comments are closed.

Tərcümə »