Lukaşenko hakimiyyəti bölüşməyə HAZIRLAŞIR

Belarus prezidenti Aleksandr Lukaşenko dövlət başçısının bəzi səlahiyyətlərinin digər hökumət orqanlarına verilməsi haqqında fərman layihəsinin hazırlanmasına göstəriş verib.

Musavat.com xəbər ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“Elə bir fərman layihəsi hazırlanmalıdır ki, qubernatorlar hər məsələyə görə mənə müraciət etməsinlər. Məsələn, tikinti və digər layihələrdə paralel işlər gedir. Qoy onlar yerində qərar versinlər. Ən vacib hallarda isə sahə üzrə cavabdeh şəxslərlə – baş nazirin müavinləri ilə razılaşdırsınlar. Biz onların səlahiyyətlərini artırmışıq, qoy məsuliyyət də daşısınlar. Biz isə nəzarət edəcəyik.

Yalnız torpaq ayırma məsələləri istisnadır. Çünki torpaq məsələsi müqəddəsdir və hələlik prezidentin səlahiyyətində qalır. Digər bütün məsələləri yerli səviyyədə həll etsinlər”, – deyə Lukaşenko vurğulayıb.

Comments are closed.

Tərcümə »