Hakan Fidan Lavrovla GÖRÜŞƏCƏK

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla cümə axşamı Yohannesburqda (Cənubi Afrika Respublikası) keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ikitərəfli danışıqlar aparacaq.

İctimai Rəy xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində fevralın 20-də keçiriləcək 27-ci MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) toplantısında iştirak edəcək. Nazirin bu günə ikitərəfli görüşləri nəzərdə tutulub. Bunlar arasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşlər də var”, – mənbə bildirib.

Comments are closed.

Tərcümə »