Alimlərin araşdırmasına görə, qocalma qan qrupundan asılı olaraq daha yavaş ola bilər.
Araşdırmalara görə, qan qrupunun insanın ömrünü müəyyən edən faktor olduğu müəyyən edilib.
Royal Holloway Universitetində qan qrupları ilə bağlı aparılan araşdırmanın nəticələri dünyanı təəccübləndirib. Tədqiqat nəticələrinə görə, I pozitiv (I Rh+) qan qrupu olan insanlar digər qan qrupları olan insanlara nisbətən daha sağlamdır və daha yavaş yaşlanır.
Alimlərin fikrincə, bu qan qrupu olan insanlarda hüceyrə bərpası digər insanlara nisbətən daha tez baş verir. Daha aktiv toxuma regenerasiyasına malik olan bu qan qrupu dərinin qocalmasını gecikdirir və bədənin yaşlanma dəyişikliklərinə daha yavaş məruz qalmasına şərait yaradır.
Yaşlanma ilə bağlı araşdırmaların nəticələri dünyanı şoka salıb. Araşdırmaya görə, ətraf mühit faktorları və qidalanma vərdişləri də qocalmanın kritik faktoru kimi paylaşılıb.//E-saglam.az
Comments are closed.