Regional əməkdaşlığın “3+3” formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin – Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “parlament saatı”nda bildirib.
“Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz “3+3″dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq”, – o qeyd edib.
Comments are closed.