Evində iki elektrikli maşını olan şəxsə gələn “işıq pulu” müzakirələrə səbəb oldu – VİDEO

Elektrikli avtomobil sahibinin şarj xərci sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Türkiyədə yaşayan şəxs evində iki elektrikli avtomobilini şarj etdiyini və bunun nəticəsində ona 587 lirəlik ( təxminən 27 manat ) elektrik borcu gəldiyini bildirib.

O, sosial şəbəkədə paylaşım edərək elektrikli avtomobillərin sərfəli olduğunu vurğulasa da, izləyicilər onun dediklərinə şübhə ilə yanaşıb. Bir çox istifadəçi bu məbləğin real olmadığını irəli sürərək “Yalan, inandırıcı deyil”, “Bu məbləğlə maşını sürmədiyini desən daha məntiqli olar” kimi şərhlər yazıb./Milli.az/

Comments are closed.

Tərcümə »