Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfəri çərçivəsində Anıtkabiri ziyarət edib.
Volodimir Zelenski Mustafa Kamal Atatürkün məzarını ehtiramla yad edib.
Ukrayna lideri bu barədə şəxsi Teleqram kanalında paylaşım edib və səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Zelenski bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək. Görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.\\musavat\\



Comments are closed.