Son günlər uşaqlar arasında qrip virusunun yayılması müşahidə edilir.
Bəs bu xəstəlik məktəb və məktəbəqədər təhsil müəssisələrində şagirdlərin davamiyyətinə necə təsir edib?
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, təhsil müəssisələrində hər hansı bir xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.
“Bildiririk ki, ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”,- deyə məlumatda qeyd edilib.
Comments are closed.