Şəmkirdə arvadı kişini bıçaqladı – ailədən xəbərsiz tanımadıqları bir şəxslə… – VİDEO

Ər və arvadın mübahisəsi qanla nəticələnib.

İctimai Rəy Xəzər TV-yə istinadən bildirir ki, hadisə Şəmkir rayonunun Qasımalılar kəndində qeydə alınıb. Gecə saatlarında xəstəxanaya bıçaq xəsarəti alan kişi müraciət edib.

Məlumata görə, kənd sakini, 34 yaşlı Aynurə Cəfərova ərini bıçaqlamaqda şübhəli bilinir. Xəsarət alan 42 yaşlı Namaz Cəfərov deyib ki, həyat yoldaşı ailədən xəbərsiz tanımadıqları bir şəxslə şərikli iş qurub. Narazılıqlar da bundan başlayıb və nəticəsi qanla bitib. Ailə üzvləri deyir ki, qadın inəyi sataraq pul əldə edib.

DİN -nin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, şübhəli şəxs artıq saxlanıb.

Qeyd edək ki, onların 4 övladı var.

Daha ətraflı videomaterialı təqdim edirik.

Comments are closed.

Tərcümə »