Kennedi: “ABŞ bundan sonra Ukraynadakı müharibəni maliyyələşdirməyəcək”

ABŞ-ın səhiyyə naziri Robert Kennedi (oğul) Ukrayna prezidenti Vladimir Zelenskiyə açıq şəkildə müraciət edərək bildirib ki, Vaşinqton artıq müharibəni maliyyələşdirmək niyyətində deyil.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ münaqişənin dayandırılmasını tələb edir.

X sosial şəbəkəsində dərc olunan bəyanatında Kennedi qeyd edib ki, ABŞ vətəndaşları onların vergilərinin silahlı qarşıdurmanı maliyyələşdirmək üçün istifadə olunması faktını qəbul etmək niyyətində deyillər.

“Hörmətli Zelenski, Amerika xalqı zəhmətlə qazandığı vergi dollarlarının sonsuz münaqişələri alovlandırması faktını qəbul etməyəcək. Biz bu əbədi müharibələrə son qoyulmasını tələb edirik. Sülh vaxtıdır! Daimi maliyyələşdirmə bitdi!” – Kennedi X-də yazıb.

Comments are closed.

Tərcümə »