Kanada “Volqa-Dnepr” şirkətinə məxsus iki strukturu Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.
“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında Rusiyaya qarşı sanksiyalar bölməsində məlumat verilib.
Sənəddə qeyd olunub ki, müvafiq siyahıya “Volga-Dnepr Airlines (Ireland) Limited” və “Volga-Dnepr Logistics V” daxil edilib. “Volqa-Dnepr” aviaşirkətinin özü də Kanada sanksiyaları altındadır.
Rusiya KİV-in məlumatına görə, 2022-ci ildən Ottava bu yükdaşıyıcısının təyyarəsini saxlayır. Kanada hökuməti tərəfindən icarəyə götürülmüş, Çindən COVID testləri yüklənmiş “Volqa-Dnepr” şirkətinin An-124 nəqliyyat təyyarəsi 2022-ci il fevralın 27-də Torontoya gəlmişdi.
Comments are closed.