Ərdoğan Ankarada Zelenski ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Türkiyə KİV-i xəbər verir ki, tərəflər təkbətək görüşdən sonra heyətlərin toplantısına sədrlik edəcək.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynada son hadisələr və digər regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşlər başa çatdıqdan sonra müxtəlif sahələrdə sənədlər imzalanacaq.//Report

Comments are closed.

Tərcümə »