Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqlarda ilk sessiyanı başa vurublar.
Musavat.com-un xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, tərəflər artıq işçi nahar mərhələsinə keçiblər. Danışıqların gündəliyi və əldə edilən mümkün razılaşmalarla bağlı hələlik əlavə açıqlama verilməyib.
Xatırladaq ki, bu görüş iki ölkə arasında gərgin münasibətlər fonunda keçirilir və strateji məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. ABŞ və Rusiya arasında münasibətlərin normallaşmasına dair hər hansı irəliləyişin olub-olmadığı yaxın günlərdə məlum olacaq.
Comments are closed.