“HƏMAS” hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.
Musavat.com bu barədə “Sky News Arabia” telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatında qeyd edilir ki, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə bu qərarı qəbul edib.
Təşkilat qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.
Bundan başqa, “HƏMAS” hərəkatı müəyyən tələblər irəli sürüb.
Onların tələblərinə əsasən dövlət qulluğunda işləyən hər hansı bir üzvü yeni administrasiyada təmsil edilməlidir. Həmin şəxslər pensiya təminatı ilə də təmin edilməlidilər.
Comments are closed.