Rusiyanın “Spartak” klubu Türkiyənin “Beşiktaş” klubunun prezidenti Serdal Adalıdan 26 yaşlı yarımmüdafiəçi Jedson Fernandeşi almaq təklifinə rədd cavabı alıb.
Bu barədə “Sözcü” qəzeti məlumat verib.
Qeyd olunur ki, “qırmızı-ağlar” portuqaliyalı futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl mətbuatda Fernandeşin özünün “Spartak”a keçməyə razılıq verdiyi barədə məlumatlar yayılmışdı. Bildirilir ki, “qırmızı-ağlar” portuqaliyalıya 4 milyon avro məvacib təklif edib. Lakin 26 yaşlı futbolçunun transferi ilə bağlı son qərarı “Beşiktaş”ın prezidenti Serdal Adalı verməlidir./Oxu.az/
Comments are closed.