Ukrayna tərəfi hələlik gələn həftə Səudiyyə Ərəbistanında danışıqların keçirilməsini planlaşdırmayıb.
Bu barədə “RBK-Ukrayna” nəşrinə prezident Volodimir Zelenskinin komandasında olan mənbə məlumat verib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerika, Ukrayna və Rusiya nümayəndələrinin Ər-Riyadda görüş keçirəcəyini elan edib. Lakin bu açıqlama hələlik rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı daha əvvəl də Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Ekspertlər hesab edirlər ki, əgər belə bir görüş reallaşarsa, bu, müharibənin diplomatik həlli istiqamətində mühüm addım ola bilər. Bununla belə, Kiyev tərəfi ehtiyatlı mövqe nümayiş etdirir və rəsmi təsdiq üçün əlavə məlumatların gözlənildiyi bildirilir.\\musavat\\
Comments are closed.