ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında Ukraynadakı münaqişənin sülh yolu ilə həlli əsas mövzulardan biri olub.
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Tramp döyüşlərin tez zamanda dayandırılmasının vacibliyini vurğulayıb və problemin diplomatik yollarla həllini dəstəkləyib.
Putin isə müharibənin dərin köklərinin nəzərə alınmasının önəmini qeyd edərək, uzunmüddətli nizamlamanın dinc danışıqlar yolu ilə əldə oluna biləcəyi ilə razılaşıb.
Bildirək ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət təxminən bir saat yarım davam edib.
Tramp və Putin arasında bu telefon söhbəti son zamanların ən çox diqqət çəkən diplomatik təmaslarından biri hesab olunur.
Comments are closed.